Pişik Günelin həyat yoldaşı Fərrux, müğənni Mehrimlə bir arada - FOTO
Ötən il, toyuna iki gün qalmış yoxa çıxan, amma hələ də qanuni nigahda olduğu eks həyat yoldaşı- gənc müğənni Fərrux Əliyevlə yollarını ayıran müğənni Günel Ələkbərovaya (Pişik Günel) şad xəbərimiz var. Fərrux səhnəyə qayıdır. Özü də deyəsən, yenidən solo-karyerasını davam etdirməkdə xeyli iddialıdır. Bir neçə mərasimdə gözümüzə dəyən Fərruxu görüntüləmək imkanımız oldu. Kiminlə? Təbii ki, Günelin əzəli düşmən hesab etdiyi həmkarı Mehrimlə. Olduqca mehriban münasibətdə olduqlarını göstərməkdə maraqlı olan cütlük, foto-kameramızı görüb, qətiyyən poza verməkdə tərəddüd etmədilər. Gülüb-danışdılar, xeyli söhbətləşdilər. SİA-ya açıqlamasında Mehrim bildirib ki, onu Fərruxla yaxın dost münasibətləri ilə yanaşı, həm də birgə yaradıcılıq əlaqələri də bağlayır: "Yaxınlarda yeni duetimizi dinləyicilərin ixtiyarına verəcəyik. Əminik ki, ifa etdiyimiz mahnı xoşunuza gələcək",- deyə Mehrim bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB