Məlum olduğu kimi bir müddət öncə "Bu şəhərdə" yumoristik qrupunun üzvü, aktyor Coşqun Rəhimov boğazında aşkarlanan xərçəng xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat keçirib. Uğurla başa çatan əməliyyatdan sonra aktyorun özünü yaxşı hiss etdiyi və heç bir çətinliyi qalmadığı məlum olub. Lakin bu gün şəhərdə gəzən bir çox şayiələr eşidənləri şoka salıb. Söhbət gəzir ki, aktyor dünyasını dəyişib.
SİA məsələyə aydınlıq gətirmək üçün "Bu şəhərdə" qrupunun rəhbəri və ssenaristi Müşfiqlə əlaqə saxladı. Ssenarist xəbəri təkzib etdi: "Eşitdiyiniz bütün bu iyrənc söhbətlər şayiələrdən başqa bir şey deyil. Bilmirəm, hansı "insancıqlar" bu cür söz-söhbəti yayırlar. Ancaq biz dəqiq bilirik ki, bu məqsədyönlüdür. Boş söz-söhbətdir. Camaat belə sözlərə inanmasın".
Müşfiq həmçinin aktyorun səhhəti ilə də bağlı məlumat verib: "Coşqunun vəziyyəti lap yaxşıdır. O, hal-hazırda evində dincəlir və tam salamatdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB