Cavanşir Məmmədovun səsi tutuldu VİDEO

Cavanşir Məmmədovun səsi tutuldu VİDEO

Əməkdar artist Cavanşir Məmmədov "Lider" telekanalında aşıq Namiq Fərhadoğlunun aparıcılığıyla yayımlanan verilişdə çətin anlar yaşayıb. SİA-nın məlumatına görə, canlı efirdə müğənninin səsi tutulub. C.Məmmədovun bu ifası sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Əməkdar artist bildirib ki, ən ustad sənətkarların da səsinin büdrədiyi vaxtlar olub: "Orada məni oxumağa dəvət etdilər. Qalxmasaydım oxumaqdan qorxmaq kimi çıxırdı. Halbuki qrip olduğuma görə danışa da bilmirdim. Müğənni həmişə canlı oxuyursa, səsi yerində ola da bilər, olmaya da. Qız da öz səs tonallığından oxuyurdu. Kişi və qadın tonallığı fərqlidir. Həmişə bülbül kimi ötə bilmərəm. Müğənni xəstə də ola bilər, səs tellərində problem də yaranar. Həmin verilişdə oxumasaydım, bu söz-söhbət də olmazdı. Oxumuşam, yaxşı da oxumuşam. Xəstə də olsan, sağlam da canlı oxumaq lazımdır.

Adam həmişə yaxşı oxumur ki. Məsələn kimsə danışır ki, dünən Gəncə şəhərindən qatara mindim, ııı, aaa Bakıya gəldim. İnsanın adi danışığında da qüsurlar olur. Yaxşı oxuyan həmişə yaxşı oxuya bilməz. Bu aksiomdur. Qorxaq oxuyan çərçivədən çıxa bilmədiyi üçün pis oxumur. Mənə deyən yox idi ki, qadının səs tonallığından sol notundan oxu. Qırx beş ildə yaxşı da oxumuşam, pis də. İndiyə qədər mən, yaxud başqa sənət yoldaşım oxuyanda kim deyib ki, filankəslər yaxşı oxudu. Biz belə millətik. Bir balaca səsdə problem olanda dərhal söz edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə