Nazpəri Dostəliyeva oğlunun avtomobil qəzasına düşməsi ilə bağlı açıqlama verdi: “Narahatlığa səbəb yoxdur”- HADİSƏ
Qeyd etdiyimiz kimi, bu gün gecə saatlarında Qaradağ rayonu ərazisində avtomobil qəzasına düşən xalq artisti Nazpəri Dostəliyevanın oğlunun vəziyyəti normaldır. Bu barədə Nazpəri Dostəliyevanın mətbuat katibi SİA-ya açıqlama verib: "Mətbuatda yazılan xəbərlər əsilsizdir. Əli hazırda evdədir. Vəziyyəti yaxşıdır. Axşamdan evə gəlib. Özünü yaxşı hiss edir. Saat 2-də televiziya çəkilişim var. Çəkilişə gedəcəyəm. Hər şey qaydasındadır. Xəsarət görən maşındır, vəssalam! Narahatlığa səbəb yoxdur!"
Qeyd edək ki, hadisə Lökbatan qəsəbəsi 28 may küçəsində baş verib. 1980-ci il təvəllüdlü Quliyev Əli Nəriman oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili Qaradağ rayon İcra Hakimiyyəti binasının qarşısındakı kiçik dairədəki dirəyə çırpıb. Avtomobil yüksək sürətlə hərəkət etdiyindən sürücü ağır xəsarətlər alıb. Mətbuatda yazılan ilkin məlumata görə, guya o, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB