Xəyyam Nisanov: “Mən əlimdən gələni etdim”

Xəyyam Nisanov: “Mən əlimdən gələni etdim”
2011-ci ilin may ayında Almaniyada keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək milli seçim turlarına qatılan müğənni Xəyyam Nisanov SİA-ya müsabiqə ilə bağlı açıqlama verib. Məlum olduğu kimi Xəyyamın iştirak etdiyi həftədə Günay İbrahimli 1-ci, Xəyyam isə həftənin 3-ü oldu: "Səmimi etiraf edim, milli seçim turlarında iştirak etdiyim üçün çox şadam. Ancaq bu günə qədər seçim turlarında iştirak etmədiyim üçün üzülürəm. İştirak etdiyim həftə boyu bütün uşaqlarla dostlaşdım. Baxmayaraq ki, bizim qrupumuzu ən zəif və darıxdırıcı hesab edirlər. Amma onların arasında çox istedadlı uşaqlar var idi. Mən əlimdən gələni etdim. Musiqi prodüserim Murad Ariflə birgə çox gözəl mahnılar seçmişdik. Xoreoqraf Naile Məmmədzadə ilə maraqlı nömrələr hazırladıq. Mənə elə gəlir ki, tamaşaçılar razı qaldılar".

Xəyyam həmçinin onunla birgə iştirak edin və həftənin qalibi seçilən Günay Rəhimovanı da təbrik etdi: "Günayı ürəkdən təbrik edirəm. O, yaxşı çıxış etdi. Onun maraqlı səs tembri var".

Bütün xəbərlər Facebook səhifəmizdə