Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov bu gün gecəyarı 00:15-də (Bakı vaxtı ilə) Avropa Yayım Birliyinin Hollandiyada olan "İnternational" radiosunun qonağı olacaq. Amsterdam şəhərindən yayımlanan beynəlxalq radionun efirində ilk dəfə Azərbaycan musiqiləri səsləndiriləcək. Bu barədə SİA-ya məlumat verən radionun musiqi departamentinin rəhbəri Yurgen Boyrinq oldu. Onun sözlərinə görə, Seyran Avropa ölkələrində qəbul olunan performansa malik müğənni olduğu üçün radionun bu gecəki canlı efirində qonaq qismində iştirak edəcək.
Avropalı həmkarımız bildirib ki, onun işlədiyi radio daima perspektivli gənclərə öz efirini açıq elan edir: "Seyranın mahnılarını Belçikada konsert zamanı eşidəndə, onunla maraqlandım. Mənə Almaniyada yaşayan azərbaycanlı müğənnidir, dedilər. İstədim ki, mənim bəyəndiyim mahnıları bütün Hollandiya da eşitsin. Buna görə də, Seyranı canlı efirə dəvət etdim. Hazırda "Eurovision"a hazırlaşdığını deyərək, proqramda iştirakdan imtina etmək istəsə də, onunla canlı bağlantı yaradacağıq. Seyran bu gecə "İnternational" radioda telefonla özü mahnılarını təqdim edib, aparıcının və dinləyicilərin suallarını cavablandıracaq".
Yurgen Boyrinq efirdə səslənəcək mahnılar haqqında da danışıb: "Seyran "Wild kises", "Qanadsız mələklər" və "Wer liebe lebt" ("Sevgini yaşayanlar" - alman müğənnisi Mişelin (Michelle) repertuarından) mahnılarını özü təqdim edəcək".
Qeyd edək ki, Seyran İsmayılxanov "Eurovision 2011" mahnı yarışmasında Azərbaycanı təmsil etməyə layiq ən iddialı namizədlər sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB