Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyevanın anası dünyasını dəyişib. SİA-nın məlumatına görə, aktrisa verilişlərin birinə bağlanaraq, anası haqda danışıb: "Anam xəstə idi, yemirdi. Gəncəyə gətirmişdilər. Bircə gecə qala bildi. Mənə dedilər ki, ağırdır. Gəldim, dünyasını dəyişdi. O, qədər dedilər, mənə bəddualar etdilər ki... (ağlayır) Gözəl anam getdi. Xəstəliyimdən xəbəri yox idi. On gün yemirdi, deyirmiş, siz məndən Tünzaləni gizlədirsiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə