Fatimə Fətullayeva hamını təəccübləndirəcək. Rəqqasə bu dəfə milli şou biznes dünyası üçün yeni olan bir addım atacaq. Fatimənin SİA-ya verdiyi məlumata görə, Azərbaycanda analoqu olmayan fotosessiya etdirib, hərəkətli fotolar çəkdirəcək: "Avropada, Amerikada, ümumiyyətlə, dünya şou-biznesində 3D formatında nəinki fotolar, filmlər, hətta konsertlər də çəkilib. Amma yerli şou aləmində bu addım çox yenidir. Və mən ilk şou nümayəndəsiyəm ki, 3D həcmində şəkillər çəkdirib, fotosessiya etdirmək niyyətindəyəm. Dəyişən, həm də hərəkətli fotoşəkillər çəkdirib, dünya şou adamlarının təcrübədən çıxartdıqları bu dəbi Azərbaycana gətirmək arzusundayam".
Qeyd edək ki, 3D formatlı fotolar həcmli, dəyişən və hərəkətli formada olur.
Qeyd edək ki, 3D formatlı fotolar həcmli, dəyişən və hərəkətli formada olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB