Xəbər verdiyimiz kimi, müğənni Sevda Yahyayeva yeni klip çəkdirir. SİA-nın məlumatına görə, sənətçinin "Ağlarsan" mahnısına çəkilən ekran işi artıq hazırdır. Mahnının sözləri və musiqi Murad Aslana aiddir.
Klipin rejissoru Samirə Avcıya həvalə olunub. Sevdanın klipidəki stili üzərində Elnur Həsənov çalışıb.
Yahyayeva bildirib ki, mahnını çox sevib və 7 aydır belə bir bəstə axtarışında imiş. Sənətçi klip çəkilişi zamanı fotosessiya da etdirib. Sevda fərqli obrazda obyektiv qarşısına keçib. O, yeni şəkillərində sərt xanım obrazı yaradıb. Müğənni fotosessiyasını yaxın günlərdə sevənlərinə təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB