"Ayağı qırılan" Əli Mirəliyev: "Oynamışam, əcəb eləmişəm" AÇIQLAMA-VİDEO

"Ayağı qırılan" Əli Mirəliyev: "Oynamışam, əcəb eləmişəm" AÇIQLAMA-VİDEO

Müğənni Əli Mirəliyevin ayağının sınması ilə bağlı xəbər yayılıb. Elə həmin gün ifaçı məclislərin birinə qatılıb və şıdırğı rəqs edərkən görüntülənib.

Məsələ ilə bağlı olaraq, SİA Əli Mirəliyevlə əlaqə saxlayıb. Əməkdaşımıza əsəbi halda cavab verən ifaçı bu sözləri deyib: "Bağda işləyirdim, ayağım armaturla pilləkan arasında sıxılıb qaldı. Evdəkilər xəbər tutdu, tez həkimə çatdırdılar. İynə vurdular, ağrıdan ölürdüm. İndi yaxşıyam, axsaya-axsaya yeriyirəm. Qaldı ki, sözügedən videoya bəli məclislərin birində rəqs etmişəm. Bunun kimə nə dəxli var? Ayağım əzilib, axı qırılmayıb. Niyə də oynamayım? Oynamışam, əcəb eləmişəm. Birdə bu barədə danışmayacam".

Qeyd edək ki, Ə.Mirəliyev aparıcı olduğu verilişdə də iştirak etməyib.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə