Tacir: "Damla adında müğənni tanımıram" VİDEO

Tacir: "Damla adında müğənni tanımıram" VİDEO

Müğənni Tacir Şahmalıoğlu ilə həmkarı Damla arasında soyuq küləklər əsib. SİA-nın məlumatına görə, bu haqda Tacir verilişlərin birində qonaq olarkən bildirib ki, artıq sözügedən xanım ifaçını tanımır: "Damla adında müğənni tanımıram. Onu tanımağa məcbur da deyiləm. Həmin xanım sənətçini tanımamağımın səbəbini də deyə bilərəm. O, ilk dəfə sənətə gələndə məndən məsləhət alırdı. Mən də ona tövsiyələr verib, hər şeyin yaxşı olacağını bildirirdim. Damlanı bir müddət öncə qızımın toyuna dəvət etdim. O, isə gəlmədi. Heç el şənliyindən sonra da mənə zəng edib, üzürxaxlıq etmədi. Mən onunla əlaqə saxlamaq istədim. Telefona prodüseri cavab verərək söylədi ki, Damla məclisin nə vaxt olacağını və məkanı bilməyib. Amma mən ona dəfələrlə toyun olacağı tarixi və restoranın adını demişdim. Hətta mən Damlaya söyləmişdim ki, saatından asılı olmayaraq, toya gəlsin".

Bütün xəbərlər Facebook səhifəmizdə