Səidə: "Allahı unudub caduda təsəlli tapanların sayı çoxalıb"
Müğənni Səidə Sultan son günlər baş verən sosial problemlərdən, avtobuslarda qadınların dava etməsindən gileylənib. SİA-nın məlumatına görə, ifaçı həmin kəsləri "yıxıb-sürüyüb": "Biz bu gedişlə hara gedirik? İnsanlar aqressivləşib, "İnstagram"a girmək olmur, adam iyrənir. Doğmasına əl atan oğraşların başlıq yazıları ilə tez-tez rastlaşırıq. Müqəddəs yerini qorumayan kişiciklərin sayı çoxalıb. Çoxları da yerini bilmir, həddini aşır. Onlara da yerlərini göstərməyib dəstək verənlərin sayı artıb. Avtobuslarda yer üstündə bir-birini didən insanlar, dərman atıb kayfa düşən taksi, avtobus sürücüləri, boş-boş, mənasız, maraqsız söhbətlər, yazılar, kişilərin qadınların haqqını əzməyi, musiqimizi də zövqsüz edib, insanların zövqünü pozan mügənnilərin, özünə qiymət qoyub özünü satan qadınlar, pula görə şərəfini, mənliyini satanlar, pul naminə sosial şəbəkələrdə kökü bəlli olmayan insanların reklamını yayanların, hamı nəsə sübut edirmiş kimi, xalqa özlərini adam kimi sırıyan şou əhlinin, Allahı unudub caduda təsəlli tapanlar, mədəniyyətsiz insanlar, özlərindən xəbəri olmayan, ona-buna söz atan, haqqına girən şərəfsizlərin, əri ola-ola min hoqqadan çıxan qadınların sayı çoxalıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB