Müğənni Natavan Həbibi ilə prodüser-aparıcı Tarix Əliyev (Tolik) arasında mübahisə yaşanıb. SİA-nın məlumatına görə, Tolik idarə etdiyi verilişdə qonaq olan bioenergetikdən müğənni Natavan Həbibinin reper Dado Əliyevlə münasibəti haqda soruşub. Türkiyəli ekstrasens cütlüyün evliliklərinins saxta olmadığını deyib: "Aralarında böyük sevgi yoxdur, kiçik hisslər var".
Natavan sosial şəbəkədə Tolikə cavab verib: "Bir detektiv tut, bizi araşdırsın”.
Prodüserin qarşı tərəfə cavabı gecikməyib: "Elə adamdan soruşdum ki, sabah başqa söz deməsinlər. Allah xoşbəxt eləsin. İstəməyən kor olsun”.
Həbibi daha sonra öz səhifəsində daha bir paylaşım edərək, söz atıb: “Daşım ağır olub. Birinə dəyəndə də bərk dəyir, bu da var”.
Tolik isə ona “Sən özün heç 50 kiloqram deyilsən, daşın da uzağı olsun 10 kiloqram. Amma mənim daşım 100 kiloya yaxındır” cavabını verib.
Natavan isə daha sonra “Sənlə bunları keçmişik. Heç aidiyyatı yoxdur. Sənə olan sözümü səhifəndə yazmışam” sözlərini deyərək, mübahisəyə son qoymağa çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB