Tacirdən meyxanaçılara: "Müğənnilik edib səviyyənizi aşağı endirirsiniz" VİDEO

Tacirdən meyxanaçılara: "Müğənnilik edib səviyyənizi aşağı endirirsiniz" VİDEO

Müğənni Tacir Şahmalıoğlu meyxanaçıları tənqid edib. SİA-nın məlumatına görə, efirlərin birində qonaq olan ifaçı onlara məsləhət verməyi də unutmayıb: "Meyxanaçılara müraciət etmək istərdim ki, onların müğənnilik etməkləri çox gülüncdür. Meyxana səviyyəli sənətdir. Ay meyxanaçılar ifaçılıq edib, niyə səviyyənizi aşağı endirirsiniz? Elə meyxanaçı olaraq sənətinizi davam etdirsəniz xalq da sizi sevər. Onların əksəriyəti şou-biznesə meyxanaçı olaraq, qatılır. Amma bir müddətdən sonra mahnı yazdıraraq efirə müğənni kimi çıxır. Siz meyxanaçılar nə qədər oxusanız da mənim kimi ifa edə bilməyəcəksiniz. Mümkün də deyil. Ya oxuyun, ya da meyxana deyin. Onu da qeyd edim ki, mən də meyxana deməyi bacarıram. Amma heç vaxt meyxanaçı olmaram. Çünki mən müğənniyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə