Faiq Ağayev 6 ildən sonra bahalı klipini təqdim etdi FOTOLAR

Faiq Ağayev 6 ildən sonra bahalı klipini təqdim etdi FOTOLAR

Xalq artisti Faiq Ağayev “Gözüm dəyməsin sənə” adlı mahnıya çəkdirdiyi yeni klipini media nümayəndələrinə təqdim edib. SİA-nın məlumatına görə, ifaçı jurnalistlərin suallarını cavablandıraraq, yeni ekran işindən danışıb: "Maraqlı klip alınıb. Ekran işində rol alanlar klipi indi görürlər. İllərdir kiçik filmlər ərsəyə gətirmişəm”.

Klipin rejissoru Nail Naiboğlu ekran işinə çox pul xərcləndiyini bildirib: “Faiq Ağayev klip çəkəndə pulunu vaxtında ödəyən müğənnilərdəndir. Məbləği açıqlamayacam. Amma son 3-4 ildə Azərbaycanda çəkilən ən bahalı klipdir”.

Nəzərinizə çatdıraq ki, ekran işinin rejissorluğu Nail Naiboğluna həvalə edilib. Klipdə xalq artisti Murad Dadaşov, əməkdar artist Tünzalə Əliyeva, Rafael İsgəndərov, Coşqun Rəhimov, rəqqasə Fatimə Fətəliyeva və digər məşhurlar rol alıblar.

Qeyd edək ki, “Gözüm dəyməsin sənə” adlanan mahnının sözləri Cavid Şahbazbəyov, musiqisi Nadir Nəğd Pula məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə