Aktrisa Məlahət Abbasovaya diplomatik pasport verilib. SİA-nın məlumatına görə, bu haqda aktrisa özü məlumat verib: "Nəhayət 27 illik Avropa və Asiyanın ən böyük teatrı hesab olunan İstanbul Böyükşehir Bələdiyyəsi şəhər teatrındakı əməyimin qarşılığı gəldi. Türkiyə və Azərbaycan dövlətinin sadiq, ləyaqətli əsgəri olaraq bununla qürur duyuram və iki dövlət bir millətin övladı kimi Türkiyə Cümhuriyyəti tərəfindən mənə layiq görülən bu əmanəti ləyaqətlə daşıyacağam. Bu pasport Türkiyə Cümhuriyyətində məmurlara neçə illik əməyi qarşılığında verilən xüsusi pasportdur, bir növ diplomatik pasport kimi".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB