Rəqqasə Fatimə: “Yəni barışmıram ki, yenidən dalaşam ” - MÜSAHİBƏ
Rəqqasə Fatimə Fətəliyevanın Səs İnformasiya Agentliyinə müsahibəsi
- Fatimə, bu günlərdə yenicə barışdığın həmkarın Oksana Rəsulova yenə bostanına daş atıb. Yəqin ki, eşitmisən. Televiziya verilişlərinin birində qonaq olarkən deyib ki, o, Azərbaycana gələndə hind rəqslərinin səviyyəsi qənaətbəxş deyildı. Hətta rəqsin bu növünün sıfir dərəcəsində olduğunu söylədi. Onun dediklərini necə şərh edə bilərsən?
- Diqqətli oxucuların yadında olar ki, mən söz vermişdim, artiq heç bir qalmaqalda adım hallanmayacaq. Bu sualın cavabında bircə onu deyə bilərəm ki, Oksananın dediklərini eşitməmişəm. Sualınızda özünüz də vurğuladınız ki, biz barışmışıq və demək istədiyim də odur ki, mən heç vaxt barışdığım insanlarla təkrar dalaşmıram.Yəni barışmıram ki, yenidən dalaşam.
- Hətta səni hədəfə alsalar belə?
- İnanın tam səmimiyyətimlə deyirəm, işim-gücüm başımdan aşır. Başımı qaşımağa belə macal tapmıram. Bir tərəfən Muğam Teatrında baletmeystr kimi təyin olunduğum yeni vəzifəm, digər tərəfdən rəhbəri olduğum böyük rəqs ansamblı, o biri tərəfdən tərəf müqabilim İlham Kərimli ilə növbəti layihələrimiz. Televiziya verlışlərinə dəvətlər, el şənlikləri, şou proqramlar. Və ən başlıcası xarici ölkələrə səfərlər. Mən hələ vokal məşqlərini demirəm.Yeni filmə dəvətliyəm. Oyy... bax bunu yazmayın... Hələ razılığımı verməmişəm...Yəni işlər çoxdur. Sizcə mənim qalmaqala boş vaxtım qalır?
- Demək heç qızına da vaxt ayıra bilirmirsən?
- Aydanıma və anama hər zaman vaxt tapıram. Etiraf edim ki, bu vaxt çox az olur. Amma böldüyüm digər vaxtlar məhz qızımın rifahi naminədir.
- Hansı filmə dəvət almısan?
- Bu barədə hələ danışmaq istəməzdim. Çünkü filmin rejissoru "diqqət! Motor!" dedikdən sonra özü bu barədə məlumat verəcək.
- Deyəsən təklifi qəbul etməkdə tərəddüd edirsən?
- Düzü bilmirəm...
- Niyə? Axı, birinci dəfə deyil ki, filmə çəkilirsən. "Koma", "Ci-Mi" filmlərindən sonra növbəti filmdə rol alacaqsan. Demək istəyirəm ki, təcrübən var, bəs niyə tərəddüd edirsən.
- Sadəcə təklif almışam. Əgər ssenarini bəyənsəm yəqin ki, çəkilərəm. İşdir, filmə çəkilməsəm, mütləq maraqlı bir fotosessiya çəkdirəcəm. "Prikol-taym" və digər layihələrinizin qəhrəmanı kimi oxucularınıza təqdim etmisiniz ki, axırda fotomodel olsam buna heç də qəribə baxmayın. Amma çox az müddətdə mediayaya təqdim edəcəyim fotosessiyamla yüz faiz hamınızı təəccübləndirəcəyimdən əmin ola bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB