Səhhəti ilə bağlı olaaraq, xeyli müddətdir mediadan və efirlərdən uzaq gəzən meyxanaçı Ağakərimin (Kərim) yeni fotosu yayılıb. SİA-nın məlumatına görə, həmin şəkli həmkarı Pərviz Bülbülə "İnstagram" səhifəsində paylaşıb.

Xəstəlikdən sonra ev şəraitində müalicə alan meyxanaçının fotoda çəkisinin artması da diqqətdən yayınmayıb.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb və uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə