Hamilə müğənni Rəqsanə İsmayılova Moskvada xətəxanaya yerləşdirilib. SİA-nın məlumatına görə, ifaçı bu haqda özü xəbər verərək, həkimlərin ona erkən doğuş diaqnozu qoyduğunu bildirib: "Ana bətnində olan su qurtarıb. Bu səbəbdən həkimlər dedi ki, erkən doğuş olacaq. 7 gün ərzində uşaqlar ana bətnindən çıxarılmalıdır. Hazırda məni yataq rejimində xəstəxanada saxlayırlar. Ayağa durmağa icazə vermirlər. Əslində dekabr ayında doğuş olmalı idi. Uşaqlarımın Türkiyədə anadan olmasını istəyirdim. Bunun üçün bütün işləri də görmüşdük. Amma belə vəziyyətdə təyyarəyə minməyə icazə verilmir".
Qeyd edək ki, Rəqsanə hamiləliyinin 7-ci ayındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB