Hansı gənc müğənninin diski Almaniyada hazırlanır? - EKSKLÜZİV

Hansı gənc müğənninin diski Almaniyada hazırlanır? - EKSKLÜZİV
Gənc müğənni Leyla Ramazanlı yaradıcılığında yeniliklər etmək qərarına gəlib. Müğənninin prodüseri Ceyhun Məhərrəmovun SİA-ya verdiyi məlumata görə, Leyla hal-hazırda albom buraxılışına hazırlaşır: "Yeni hazırlanan albomda sonuncu 5 ifa yazılır. Sözləri Arzu Əsədova musiqiləri isə İsmail Əsədova məxsusdur. Yalnız Arzu Əsədovun sözlərinə bəstələnən mahnılara yer ayrılan albom sırf Avropa keyfiyyətlərinə uyğun olaraq Almaniyada hazır olacaq, ondan sonra isə Azərbaycanda satışa buraxılacaq. Bundan əlavə isə gənc müğənni yeni misilsiz proyektlər üzərindən işləyir",- deyə Ceyhun bildirib.

Qeyd edək ki, albomun növbəti ilin ilk aylarına işıq üzü görməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə