"Tünzalənin xəstəliyindən reytinq qazanmasınlar" ETİRAZ

"Tünzalənin xəstəliyindən reytinq qazanmasınlar" ETİRAZ

Əməkdar artist Məlahət Abbasova “Bizimləsən” verilişini tənqid edib. SİA-nın məlumatına görə, aktrisa verilişin xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva ilə reytinq qazanmağa çalışdığının düzgün olmadığını bildirib: “Tünzalə Əliyevaya yardım etmək istəyirsizsə, onu bu qədər stresə soxmaq lazım deyil. Yaşadığı hər stres ona ziyandır. Tünzalə xanımın əhval-ruhiyyəsini yüksəltmək, ürək-dirək vermək lazımdır. Kameralar qarşısında onu bu qədər aciz göstərmək, ağlatmaq və stresə salmaq ən böyük pislikdir. Tünzalə Əliyevanın xəstəliyindən reytinq qazanmasınlar, günahdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə