Xəbər verdiyimiz kimi, bu gün Xəzər TV-nin yaxınlığındakı, "Xəzər" adlı kafedə yanğın hadisəsi baş verib. SİA-nın məlumatına görə, yanğın zamanı telekanalın işçilərindən bəzilərinin avtomobili də yaxınlıqda olub. Onlardan biri də aparıcı-aşpaz Ağakərim Əbülfəzoğlu olub.
O, bu haqda "İnstagram" səhifəsində yazaraq, bildirib ki, maşınına ziyan dəyməyib: "Allah heç kəsə pis xəbərlər, görüntülər göstərməsin. Efir bitən kimi həmkarlarımdan eşitdiyim "Ağa, maşının alov içərisindədir" sözü məni yaman şoka saldı. Necə qaçdım o maşını sürüb kənarlaşdırdım, nə hisslər keçirtdim onu bir Allah bilir. Allah hər kəsə kömək olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB