Rəqqasə Fatimə Fətəliyeva yeni klip çəkdirib. SİA-ya bu haqda ekran işinin rejissoru Nail Naiboğlu açıqlama verib: "Fatimə xanımla yeni işbirliyimiz oldu. Belə ki, bəstəkar Nailə Mirmmədlinin "Cumhuriyyət suitası"na klip çəkdim. Çəkilişlər Qobustan qoruğunda və Şəhidlər Xiyabanında baş tutub. Ekran işində Fatiməni "Banu" rəqs qrupu və musiqiçilər müşayət edib. Artıq klipin çəkilişləri yekunlaşıb, montaj işləri gedir. Ekran işi tezliklə tamaşaçılara təqdim olunacaq".
Fatimə Fətəliyevanın klipinin çəkilişləri zamanı lentə alınmış fotoları təqdim edirik:






Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB