Muradın bu verilişi də bağlandı

Aparıcı Murad Əzimzadənin ATV-də yayımlanan “Bağ mövsümü” verilişi artıq yayımlanmayacaq. SİA-nın məlumatına görə, yayda yayımlanmağa başlayan proqramda aparıcı məşhurların bağ evində qonaq olurdu.

Bu haqda Muradın özü xəbər verərək bildirib ki, yayın bitməsi ilə əlaqədar o da proqramı başa vurub: "9 həftə efir həyatı yaşadıq. 8 həftə ölkədə şou verilişlər arasında reytinq birincisi olduq. Çox sağ olun ki, bizə baxdınız. Ekranlarınızdan evinizə, ruhunuza, könlünüzə qonaq qəbul etdiniz. Sonda komandama təşəkkür edirəm".

Qeyd edək ki, aparıcı növbəti yay mövsümündə sözügedən layihəsinə yenidən start verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə