Xəbər verdiyimiz kimi, sentyabrın 15-dən yeni dərs ili başlayıb. SİA-nın məlumatına görə, bu gün şou-biznesin tanınmış simaları övladları ilə birgə məktəbə yollanıblar.
Məşhurlar "İnstagram" səhifələrində uşaqlarının şəkilərini paylaşaraq, valideynlik hisslərini dilə gətiriblər:
Müğənni Elçin Hüseynov: "Bu gündən Pənah da 1-ci sinif sagirdi oldu".

Müğənni Nazənin: "Orxan artıq 1-ci sinif sagirdi oldu".

Müğənni Rüfət Axundov: "Allah balaları qorusun"

Meyxanaçı Tərlan Novxanılı: "Biri gələcəyimin alimi, biri də həkimimdir. Yeni tədris ilinin başlaması münasibəti ilə şagirdlərə, tələbələrə, müəllimlərə uğurlar arzu edirəm".

Rəqqasə Renka: "Bax beləcə məktəb başladı".

Aparıcı Vüsalə Əlizadə: "Gözəl qızım, səninlə əl-ələ 6 il uğurlu bir yol gəldik. Bu gündən yolumuz daha çətin, daha keçməkeşli, enişli, yoxuşlu olacaq! İnşAllah bu sınağında da əlin əlimdə olacaq. Səninlə böyüdüm, səninlə həyatı, insanları, bilmədiklərimi öyrəndim, dünyanı səninlə kəşf etdim. Allahımdan tək istəyim həyat sınağından səni alnı açıq, üzü ağ çıxarmağıma möhlət verməsidir. Bugünki həyəcanın dadını heç vaxt dadmamışdım, sevinc dolu hisslərimi göz yaşım isladır, xoşbəxtlikdən ağlamaq buna deyirlər. Nəfəsim, ilk dərs günün mübarək".

Aktyor Anar Heybətov: "Qızım da birinci sinifə qədəm qoydu".

İdmançı Kamil Zeynallı: "Qızımızın 1-ci sinifi başladı. Allah hər kəsin balasını xoşbəxt etsin".

Prodüser Rizvan: "Bu da mənim igid oğlum Muhsin artıq 1-ci sinifə gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB