Xuramanın qızı da birinci sinfə getdi

Xuramanın qızı da birinci sinfə getdi

Müğənni Xuraman Şuşalı qızı Surənin fotolarını paylaşıb. SİA-nın məlumatına görə, sənətçinin qızı bu gün birinci sinfə gedib. İfaçı övladının fotolarını İnstaqram hesabında paylaşaraq bu sözləri yazıb: “Biz artıq şagird adını qazandıq. Bütün uşaqlar bilikli, sağlam, xoşbəxt olsunlar”.

Qeyd edək ki, Xuraman Şuşalı rejissor Elçinlə ailəlidir. Cütlüyün Hüseyn və Abbas adlı iki oğlu da var.


Bütün xəbərlər Facebook səhifəmizdə