Şou-biznes əhli Məhərrəmlik ayında nə edəcək? SORĞU-ÖZƏLFOTOLAR
Sentyabrın 11-dən Məhərrəmlik ayı başlayıb. Hazırda toyları olmayan müğənnilər bu ayda işsizlikdən “iş” axtarmağa çalışacaqlar. Kimin nə ilə məşğul olacağını SİA şou-biznes əhlinin öz dili ilə təqdim edir:
Əməkdar artist Baloğlan Əşrəfov: “Hələ kiçik yaşlarımdan Məhərrəmlik ayı haqqında məlumatım var. Bizim Cənub tərəfdə Məhərrəmliyə hörmətlə yanaşırlar. Bir dəfə mən çox tanınmış şairlərdən birinə sual verdim ki, Məhərrəmlik ayında niyə çalıb oxumaq olmaz? Dedi, sənin atan rəhmətə getsə, yasında çalıb-oynaya bilərsən? Dedim, əsla. O, da bildirdi, təsəvvür et ki, bunlar bizim atalarımızdan da dəyərli, qiymətlidirlər. Bu, ənənədir. Xalqımız, müdriklərimiz, böyüklərimiz bunu edibsə, biz də əməl etməyi özümüzə borc bilirik. Hətta ailəm Məhərrəmlik ayında İmam ehsanı verir. Onu da qeyd edim ki, bu ay ancaq istirahət edəcəm”.

Müğənni Manaf Ağayev: “Hazırda istirahət edirəm. Məhərrəmlik ayında toylar olmadığı üçün yalnız dincələcəm”.

Müğənni Musa Musayev: “Bildiyiniz kimi, Məhərrəmlik ayıdır və el şənlikləri yoxdur. Toyların olmamasından istifadə edib, yaradıcılığımda bir çox yeniliklər edəcəm. Belə ki, yeni mahnılar bəstələyəcəm”.

Müğənni Yaşar Cəlilov: “Bu ay yenilik edəcəm. Belə ki, yeni mahnı üzərində çalışıram. Bəstəm hazır olduqdan sonra istirahət edəcəm”.

Müğənni Nicat Həsənli: “Məhərrəmlik ayının olmasından istifadə edib, repertuarımı təzələyəcəm. Belə ki, yeni mahnı yazdırmağı planlaşdırıram”.

Aparıcı İlahə Nizamiqızı: “Hazırda Məhərrəmlik ayı olduğu üçün toylarda aparıcılıq etməyə fasilə vermişəm. Yalnız həftə içi 5 gün efirdə olacam. Telekanalların birində veriliş aparacam”.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB