Manaf da “Səni deyirlər”i oxudu VİDEO

Manaf da “Səni deyirlər”i oxudu VİDEO

Müğənni Manaf Ağayev son zamanlar hər kəsin sevdiyi “Səni deyirlər” mahnısını ifa edib. SİA-nın məlumatına görə, aparıcı Sərxan Kərəmoğlunun ad günü tədbirdə qonaq qismində iştirak edən sənətçi ilk dəfə adı çəkilən mahnını səsləndirib.

Gecədə olan şou-biznes nümayəndələri, o cümlədən əməkdar artist Nüşabə Ələsgərli mahnının sədaları altında rəqs ediblər.

Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə