Rəqqasə Məryəm Süleymanova öz toyunda "bəsti" deyincə oynadı - FOTO
Dünən "Karvan" şadlıq sarayında Azərbaycanın əməkdar artisti, rəqqasə Məryəm Süleymanova ailə həyatı qurdu. SİA-nın məlumatına görə. Məryəm ilə İlkinin toy məclisinin aparıcısı İlkin Həsənli, musiqiçiləri isə Ülvi Cəfərovun rəhbərlik etdiyi "Şeron" qrupu idi.
Mərasim ənənəvi olaraq, bəylə gəlinin salona daxil olaraq evlilik sənədini imzalayıb, "Nigah haqqında Şəhadətnamə"ni qəbul etmələri ilə başladı. Sonra cütlük "Şeron" qrupunun ifasında lirik mahnının sədaları altında rəqs etdi.
Toyda yaddaqalan məqamlardan biri - cütlüklə dostlarının birlikdə bir qədər əvvəl hazırladıqları və gərgin məşqlər bahasına ərsəyə gətirilmiş "Fləşmob" rəqs göstərisi idi. Məryəmin rəqs müəllimi, Azərbaycanın xalq artisti Xumar xanımım solo rəqsi, "Uzundərə" xalq havasının sədaları altında Məryəm və İlkinin süzmələri, "Xaç atası" və "Mafiya" bədii filiminin görüntülərindən və soundtrekindən ibarət videoçarxın nümayişi, habelə "Cigitlər" rəqs qrupunun çıxışı diqqəti cəlb edən məqamlardan idi.
Toydakı qonaqlar arasında sənətçilər, xalaq artistləri Flora Kərimova, Faiq Ağayev, əməkdar artist Ədalət Şükürov, müğənnilər Lalə Məmmədova, Rüfət Mehdiyev, Elnarə Xəlilova, Elton Hüseynəliyev, Rəqsanə İsmayılova, İlahə İbadova, Nicat Rəhimov, Emma Ələkbərzadə, Nadir Qafarzadə, Rüfət Axundov, Natavan Həbibi, bəstəkar Emil Şahib, aparıcılar Murad Arif, İlahə Şıxlınksya və başqaları iştirak edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB