Oksana ilk dəfə ana olmasından danışdı: "Ərə getmişəm və hamiləyəm" FOTOLAR

Oksana ilk dəfə ana olmasından danışdı: "Ərə getmişəm və hamiləyəm" FOTOLAR

Yenicə ana olan rəqqasə Oksana Rəsulova ilk dəfə ana olmasından danışıb. SİA-nın məlumatına görə, o, "İnstagram" hesabında hamilək fotoları paylaşaraq, bu sözləri yazıb: "Sizlərlə bölüşmək istədiyim duyğularım var. İndi ki zamana qədər, son 1 ildə heç bir yerdə şəxsi həyatım haqqında ağzımdan bir kəlmə çıxmadı və buna səbəblərim var idi. Bəzi insanlar üzündən, hansıları ki Allahın öhtəsinə buraxmışam, məni anlamadam qınağa çevirdilər. Amma bir çoxları dəstək oldular (hər şeyi oxuyurdum). Mən onu anladım ki, insanlar necədə kobudlaşıb və acınacaqsız olub (bu hər kəsə aid deyil), bir qadının övlad həsrətində olduğunu anlamayıb, onun 15 ildən çox problemi olduğunu anlamayıb, öz çirkin fikirlərini ətrafa yayıb nədəsə günahlandırmaq nə qədər düzgündür? Özü də qadın hamilədirsə? Bəs Allahdan qorxu? Bəs "Mən bunları deyirəm, yazıram, birdən mənimdə və ya ailəmin başına bu problem gəlsə” kimi fikirlər sizi narahat etmir? Bəyəm tanınmış sima insan deyil? Məşhur xanımın həyatı hər zaman yağ kimi olmalıdır? Bəli, mənim şəxsi həyatım hər dəfə göz önündə olub. Amma ailəmə artıq söz verdim ki, özüm barədə hər şeyi gizlədəcəm. Mən ümmiyyətlə heç vaxt öz problemlərimi tamaşaçılarımla bolüşməmişəm. Amma nədənsə mənim şəxsi həyatım hər zaman maraq mərkəzində olub. Əslində bu normaldır.

Bəli, ailə həyatı qurmuşam və hamiləyəm. Mənə bu son aylar “bəzi” media işçiləri və aparıcılar böyük stress yaşatdılar. Onlar mənim daxili problemlərimi bilməyə-bilməyə yazıb şişirtdilər. Amma düşünmədilər ki, bu problemi onlar da yaşaya bilər. Hirsləndim, ağladım. Amma bir kəlmə belə heç bir juranlistə cavab vermədim. Çünkü söz vermişdim. Ana olmağı hər qadına arzulayıram.

Bundan sonra hər kəsdən xahiş edirəm ki, ailə həyatımla bağlı suallar verməyin!"

Bütün xəbərlər Facebook səhifəmizdə