Xalq artisti Faiq Ağayev yeni klip çəkdirib. SİA-ya bu haqda ekran işinin rejissoru Nail Naiboğlu açıqlama verib: "Faiqin yeni "Gözüm dəyməsin sənə" adlı mahnısına klip çəkdim. Ekran işinin çəkilişləri Bakıda reallaşdırılıb. Sujet xətti olan klipə bir çox aktyorlar, aktrisalar və şou-biznes nümayəndələri çəkilib. Ekran işi artıq hazırdır. Klipi yaxın günlərdə tamaşaçılara təqdim edəcəyik. Ekran işi haqda daha çox məlumat verə bilməyəcəyəm. Çünki sənətçi mənə bu haqda danışmağa icazə vermir".
Qeyd edək ki, F.Ağayev 6 il öncə "Əlvida" adlı mahnısına klip çəkdirmişdi.
Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB