Lamiyə Ələkbərovaya vəzifə verildi

Lamiyə Ələkbərovaya vəzifə verildi

Tanınmış teleaparıcı Lamiyə Ələkbərova bundan sonra fəaliyyətini AZTV kanalında davam edəcək. SİA-nın məlumatına görə, o, Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalında direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu, L.Ələkbərovanın AZTV-yə ikinci qayıdışıdır. Belə ki, o, 1996-2006-ci illərdə burada fəaliyyət göstərib. Daha sonra aparıcı Lider, İTV-də də işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə