Türkiyədə yaşayan Məlahət Abbasovanın qızı tələbə oldu FOTOLAR

Türkiyədə yaşayan Məlahət Abbasovanın qızı tələbə oldu FOTOLAR

Aktrisa Məlahət Abbasovanın qızı Sude tələbə adını qazanıb. SİA-nın məlumatına görə, bu haqda aktrisanın özü xəbər verərək, övladının ən yüksək bal topladığını bildirib: "Gözəl qızım Sude son imtahanlarını müvəffəqiyyətlə verərək ən yüksək bal topladı və bir nəfərlik boş yeri qazandı. Bir çox tələbələrin içindən seçilərək Türkiyənin ən böyük sənət ocağı olan Mimar Sinan Dövlət Konservatoriyasının yeddinci sinif bölümünün tələbəsi oldu. Çox xoşbəxtəm. Sudemin bu yerlərə gəlməsində ən böyük əməkləri olan gözəl insanlara çox təşəkkür edirəm. Uğurun yolu həmişə əziyyətdir. Canım qızım, yolun açıq olsun. Çox əziyyət çəkdin, amma bacardın".

Qeyd edək ki, M.Abbasovanın bir oğul da var.

Bütün xəbərlər Facebook səhifəmizdə