Flora Kərimovan İlhamə Quliyevanın mətbuat katibinə də uduzdu

Flora Kərimovan İlhamə Quliyevanın mətbuat katibinə də uduzdu
Bu gün Ali Məhkəmədə xalq artisti Flora Kərimovanın Azərbaycanın və Dağıstanın xalq artisti, Türk dünyasının sənət kraliçası İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərliyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 147 və 148-ci maddələri ilə ittiham edilməsiylə əlaqədar verdiyi kasasiya şikayəti üzrə işə baxılıb. Bu barədə SİA-ya Faiq Ələkbərli məlumat verib. Onun sözlərinə görə, F.Kərimovanın kasasiya şikayəti əsassız olduğundan rədd edilib. Ali Məhkəmədə Faiq Ələkbərlinin hüquqlarını Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, 14 saylı hüquq məsləhətxanasının vəkili Şəfiqə Nağıyeva müdafiə edib.

Qeyd edək ki, F.Kərimova Binəqədi Rayon Məhkəməsində Faiq Ələkbərliyə qarşı xüsusi ittiham qaydasında, yəni onun Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrlə ittiham olunmasına dair şikayət ərizəsi ilə müraciət etmişdi. Həmin şikayət ərizəsi Binəqədi Rayon Məhkəməsi tərəfindən rədd edilib. Flora Kərimova Apellyasiya Məhkəməsinə şikayət vermiş, onun şikayət ərizəsi Apellyasiya Məhkəməsi tərəfində də rədd edilib. Bundan sonra o, Ali Məhkəməyə kasasiya şikayəti vermiş, Ali Məhkəmə də bu gün onun şikayətini rədd edib.

Xatırladaq ki, F.Kərimova eyni məzmunlu şikayət ərizələrini həm mülki, həm də cinayət qaydasında verir, hər ikisi əsassız olduğundan rədd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə