Rejissor Kənan M.M. Türkiyənin "Savaşçı" serialında rol alacaq. SİA-nın məlumatına görə, bu haqda Kənanın özü xəbər verərək, çəkilişlərin artıq başladığını bildirib: "Bu gün "Savaşçı" serialında ilk çəkiliş günümdür. Sol qolumda şanlı üçrəngli bayrağımız var və Azərbaycan zabitini canlandıracam. Dualarınıza ehtiyacım var. Burada neçə gün, neçə ay qalacağım bəlli deyil. Amma bir şey bəllidir ki, sizi və Vətənimizi təmsil edirəm. Burada olduğum vaxt ərzində Vətənim üçün, siz və ailəm üçün çox darıxacam.
Amma sevinirəm ki, bir-birinin qanını içən tanınmışların, mavilərin parlaq həyatını, biabırçı xəbərlərini görməyəcəm".
Kənan ekran işində yüzbaşı Bəxtiyar obrazını oynayacağını deyib. Serial Fox TV-də efirə gedir.
Qeyd edək ki, ekran işinin bu günə kimi 48 bölümü yayımlanıb. Ekran işində Bərk Oqtay, Sarp Leventoğlu, Yıldız Çağrı Atıksoy kimi aktyorlar rol alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB