Azərbaycan estradasının populyar və sevilən müğənniləri Röya və Zamiq yay aylarından start verdikləri "Doğma diyar" layihəsinə yekun vurublar. SİA-nın məlumatına görə, yay aylarında start götürən "Doğma Diyar" layihəsi Qubada başlayıb və Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli, Yevlax, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərində keçirilib.
Konsert "Ulduz" prodakşnın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub.
Son 20 ildə musiqi səhnəsinə görünməmiş izdiham yaşadan cütlük bu dəfə də ənənəyə sadiq qalıblar. Konsertə 10 min tamaşaçı gözləyən sənətçilər rəqəmi maksimum həddə çatdırıblar. Konsertə saatlar öncə gələn fanatlar Bakı İdman Sarayında saatlarla növbə gözləməli olublar.
Nəhayət ki, Röya və Zamiqin "Doğma diyar" ölkə üzrə konsert turu çərçivəsində yekun konsert proqramının açılış olub.
Konsert Röya və Zamiqin maraqlı perfomansı ilə yadda qalıb. İlk öncə səhnəyə Zamiq çıxaraq "Nero" rəqs qrupunun müşayiətiylə mahnılarını ifa edib. Daha sonra alqışlarla səhnəyə dəvət olunan Röya Zamiqlə birgə "Sevişiyorum" mahnısını ifa ediblər.
Səhnənin tərtibat dizaynı və dekorasiyası xüsusilə fərqlənib.
Sonda Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi nümayəndəsi Röyaya təmsil etdiyi qurum adından diplom təqdim edib.
Sənətçilər konsertlə bağlı təəssüratlarını da bölüşüblər: "Bütün heyətlə birlikdə bütün yayı təmənnasız, ürəklə çalışdıq. Çox çətinliklərimiz oldu, istədiyimiz şəraiti qurmaq üçün maneələr yarandı, lakin heç nəyə baxmayaraq, bu konsertləri reallaşdırdıq. Bu dəfə də öz büdcəmizlə istədiyimiz şəkildə olmasa da, tamaşaçıları razı sala biləcək konsert vəd edirik. Bizi dəstəkləyənlər az olsa da, həqiqətən də xalq konserti oldu, tamaşaçılarda xoş ovqat yarada bildik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB