Xoşqədəm: "Əl çəkin, biz xoşbəxtik"

Xoşqədəm: "Əl çəkin, biz xoşbəxtik"

Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla bağlı etiraf edib. SİA-nın məlumatına görə, aparıcı ailəsinə problem yaratmaq istəyənlərə mesaj da göndərib: "Dedim, bir mənə gələn mesajlara baxım. Baxdım və bir saxta hesabdan gələn foto diqqətimi çəkdi. Xatırlayırsınız, illər öncə "Show TV"də "Bənzəməz kimsə sənə" layihəsi gedirdi və çox da reytinqliydi. O layihədə mənim həyat yoldaşım da vardı. Doğuş Ebru Gündeşi təqlid etmişdi. Qeyd edim ki, layihədə kulisdə iştirakçıların hazırlığına qədər göstərilirdi ki, Doğuşun da görüntüsü var idi. Hətta o hazırlıqdan fotoları belə özü "Twitter" hesabından paylaşırdı. İndi bu saxta hesabdan mənə şəkil göndərən kişimi, qadınmı, kişicikmi deyim bilmirəm, nə demək istəyib anlamıram. İndi bu qadın paltarı geyinən aktyorlar görən neyləsin.

Niyə özünüzü öldürürsünüz, biz yaşıyırıq, Moşu demiş, "xoşvaxtıx", halımızdan məmnunuq. Ay sənə qurban olum oranı-buranı axtarmaqdansa, get xoşbəxt ol da... Dörd il oldu, iki nur topu kimi aslanlar doğuldu, 3 yaşları olacaq. Əl çəkin, biz xoşbəxtik. Kimsəyə toxunmadan yaşayırıq. "Maşallah" deməyi də unutmayın".

Bütün xəbərlər Facebook səhifəmizdə