Xoşqədəm onu təhqir edənlərə sərt cavab verdi

Xoşqədəm onu təhqir edənlərə sərt cavab verdi

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə onu təhqir edənlərə sərt cavab verib. SİA-nın məlumatına görə, aparıcı onu söyənləri qara siyahıya atacağını bildirib: “Bura mənim səhifəm, evimdir. Evimə gəlib oranı kirləməyin. Xoşum gəlməyən insanların səhifəsini izləmirəm. Sizin də xoşunuz gəlmirsə, məni izləməyin”.

Qeyd edək ki, Xoşqədəm bundan əvvəl ona təhqir yazan hər bir izləyicisini polisə şikayət edəcəyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə