Muraddan aparıcılara: "Məni verilişlərə çağırmayın"

Muraddan aparıcılara: "Məni verilişlərə çağırmayın"

Müğənni-bəstəkar Murad Arif aparıcılara səslənərək, onu verilişlərə çağırmamalarını xahiş edib. SİA-nın məlumatına görə, ifaçı bir müddət efirlərdən uzaq qalacağını bildirib: "Hörmətli televiziya dostlarım, artıq dördüncü aydır ki, tok-şoulara, söhbətli, qonaq-qaralı verilişlərə çıxmıram. Rica edirəm ki, daha bir ay da dəvət etməyəsiniz. Bunun müəyyən, texniki, layihələrimlə bağlı, səbəbləri var. Oktyabrın 15-dək yalnız konsert proqramlarında, sırf mahnı oxuyacağım yerlərdə, bir də məclislərdə görüşənədək. Anlayışla qarşılayacağınıza inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə