Türkiyəli müğənni Bülent Ersoy Bodrum Antik Teatrında konsert verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, diva sevənləri üçün 3 saat səhnədə olub.
Sənətçinin gecədəki geyimi və aksesuarları konsertə gələnlərin diqqətini cəlb edib. İfaçı konsert zamanı modelyer Gülşah Saraçoğlunun tikdiyi ağ libası geyinib. O, konsert zamanı Afrikadan gətirtdiyi qeyri-adi aksesuarları ilə də hər kəsi təəccübləndirməyi bacarıb.
Jurnalistlər Ersoydan aksesuarlarının qiymətini öyrənmək istəyib. İfaçı media nümayəndələrinə cavabında "Afrikadan gətirtdirdiyim aksesuarların qiymətini deyə bilmərəm, ayıbdır" sözlərini deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB