Zamiq valideyinləri haqda: "Məni oxutmağa imkanınız olmadı" FOTO

Zamiq valideyinləri haqda: "Məni oxutmağa imkanınız olmadı" FOTO

Müğənni Zamiq Hüseynov atasını ad günü münasibəti ilə təbrik edib. SİA-nın məlumatına görə, ifaçı atası ilə anasının fotosunu "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri yazıb: "Həyatda bütün nəaliyyətlərimi, uğurlarımı göydə Allaha, həyatda sənə və anama borcluyam. Qazandıqlarım sizin əməlləriniz və niyyətlərinizin uğudur. Məni oxutmağa imkanınız olmadı. Amma ürəkləriniz o qədər düz və gözəldir ki, Allah mənə kömək oldu, hamısını qismət elədi, həm oxudum, həm uğur qazandım. Ağlım kəsəndən mənə bir şey öyrətdin: düzgünlük, halallıq, dürüstlük. Fəxr edirəm ki, sənin oğlunam. Ata, doğum günün mübarək".

Bütün xəbərlər Facebook səhifəmizdə