"Odlar yurdu" instrumental ansamblı ilə müğənni Roza Zərgərli arasında pula görə problem yaşanıb. SİA-nın məlumatına görə, qrup rəhbəri Vasif Səmədov sənətçinin onları istirahət mərkəzlərindən birində keçirilən konsertinə çağırdığını, amma pullarını ödəmədiyini bildirib.
Zərgərli ünvanına söylənilənlərə cavab verib. O, qarşı tərəfin yalan danışdığını sübut edib. Belə ki, Vasif Səmədovun mesajını sosial şəbəkədə yayımlayıb: "Bütün saytlara və media dostlarıma üzümü tutub deyirəm ki, mənim bütün uğurlarıma və atdığım addımlarıma sevinirsiz. Amma hər yerdə olduğu kimi aramızda xainlər də var. Üzümü tutub onlara deyirəm ki, paxıllıq edəndə ürəyinizdə edin.
“Odlar yurdu”nun söylədiyi iddia 300-400 manatdır. Çox gülüncdür. İndi istirahətdəyəm. Bir həftə sonra dönürəm. Mətbuat konfransı edib, həm yeni layihələrdən danışacam, həm də “Odlar yurdu”nun rəhbərini dəvət edib maskasını cıracam. Həm də bu qalmaqalı yaradan müğənnini dəvət edəcəm. Ora boşuna məqalələri yazıb xalqın gözündən endirməyə çalışmayın. Xalqın gözü onsuz da tərəzidir. Məni sevən mənliyimə və sənətimə görə sevir".
Sənətçinin qrup rəhbəri ilə yazışmasını təqdim edirik:



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB