Röyadan Tolikə məsləhət: "Gic, proqramda özünü o hallara qoyma" FOTO
Əməkdar artist Röya Ayxan prodüser-aparıcı Tarix Əliyevlə (Tolik) fotosunu "İnstagram" səhifəsində paylaşaraq, ona məsləhətlər verib. SİA-nın məlumatına görə, müğənni Tolikin şəkillərində özünü arıqlatmaq üçün istifadə etdiyi proqramdan bəhs edib: "Sənə 3 şeyi açıq deyirəm: Bir kiloqramla və ya hər bir xoşuna gəlməyən yerinə görə kompleksdən uzaqlaş, özünü sev. İkinci, bir də o gic proqramda özünü dediyim hallara qoyma. Üçüncü və ən əsası sənə verilən adı qoru, "koşa-moşa" bizlik deyil, bilirsən də... Amma sənə halal olsun, həyatına, evinə sahib çıxdın. Sözüm sözdür, sən də bir "star" oldun. Bu da ömür boyu məktəbindir. Arada nəsə edirdin, amma dik durmağı da öyrəndin. Bir də bezdirsən şəkillə bağlı, bu işi atacam".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB