Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkir. SİA-nın məlumatına görə, aktrisa bir müddət əvvəl əməliyyat olunub. Əliyeva daha sonra açıqlamasında bildirib ki, limfasında yenidən bədxassəli şiş aşkarlanıb.
Buna görə də "Toppuş bacı" kimyaterapiyaya başlayıb. Aktrisa yeni şəkllərini sosial şəbəkədə paylaşıb. Onun xeyli arıqlaması hamını təəccübləndirib. Aktrisa eyni zamanda saçlarını da kəsdirib.
Qeyd edək ki, kimyaterapiya zanmanı saçlar tökülür, aktrisa da buna görə onları qısaldıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB