“Eurovision 2011” Milli Seçim turlarının 4-cü həftəsinin yarımfinalçıları bəlli oldu

“Eurovision 2011” Milli Seçim turlarının 4-cü həftəsinin yarımfinalçıları bəlli oldu
2011-ci ildə Almaniyada baş tutacaq "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan üzrə keçirilən yarımfinalında çıxış edəcək daha 10 namizədin adı bəlli oldu. SİA-nın məlumatına görə, bu gündən etibarən İTV-nin canlı efirində 5 gün davam edən dördüncü yarımfinalda Aydan Rüstəmova, Arzum Xəlilova, Emilya Yaqubova, Ramin Quliyev, Çinarə Nəzərli, Milan Məmmədov, Səbinə Babayeva, Rəhimə Həsənəlizadə, Leyla Dadaşova və Cavanşir Hacıyev müsabiqədə iştirak etmək üçün yarışacaqlar. Yarımfinalçılar hər gün bir mahnı ifa edəcəklər.

Qeyd edək ki, 4-cü finalçının adı bu həftənin cümə günə İctimai Televiziyanın canlı efirində bəlli olacaq.

Onu da qeyd edək ki, bundan əvvəlki həftələrdə Çingiz Mustafayev, Nurlan Növrəsli və Günay İbrahimli finala vəsiqə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə