Murad Bozla görüşmək istəyənlərin nəzərinə VİDEO

Murad Bozla görüşmək istəyənlərin nəzərinə VİDEO

Dekabrın 21-də Bakıda konsert verməyi planlaşdıran türkiyəli müğənni Murad Bozun 20 pərəstişkarı onunla görüş imkanı əldə edəcək. SİA-nın məlumatına görə, sözügedən 20 nəfər konsertin biletlerini sosial şəbəkələrdə #muratbozlagörüş həştəqi ilə paylaşanlar arasından seçiləcək. Kampaniya biletlərin satışa çıxarıldığı ilk gündən noyabrın 1-nə qədər davam edəcək. İştirakçılar təşkilatçılar tərəfindən keçirilən konkursa əsasən müəyyənləşdiriləcək.

Qeyd edək ki, Murad Boz 21 dekabrda Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Biletləri İticket.az saytından və şəhərin kassalarından əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə