Samirdən haqqında gəzən xəbərə sərt cavab

Samirdən haqqında gəzən xəbərə sərt cavab

Müğənni Samir Cavadzadənin səhhətində problem yarandığı haqda şaiyələr yayılıb. Deyilənlərə görə, ifaçı artıq 3 gündür ki, xəstəxanadadır. Samirin gözləri iltihablanıb və şişib. Hazırda müğənni konyuktivitdən müalicə olunur.

SİA-nın məlumatına görə, sənətçi məsələ ilə bağlı açıqlama verərək, barəsində dolaşan söz-söhbətin yalan olduğunu bildirib: "Bu məlumat sizlərdə hardandır? Haqqımda hansısa xəbəri yazanda öncə doğru olub-olmadığını araşdırın. Niyə sizlərə görə mənim ailə üzvlərim narahat olub ağlayaraq mənə zəng edib, həyəcan hissi keçirməlidirlər?

Bəli 1 həftədir mən nasazam. Amma bu yazdığınız konyuktivit deyil! Öd kisəsi ilə bağlıdır. Konyuktivit nə halda olmalıdır ki, xəstəxanalıq olasan.

Ağıllı olun. Bir çox jurnalistlər və efir işçiləri bilir ki, mən gündəmdən və efirlərdən qaçan müğənniyəm. Bu cür yersiz piyarlar mənə xas deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə