Elza Seydcahan hamilə olduğunu niyə hamıdan gizlədi? -FOTO

Azərbaycan şou-biznesinin ekstravaqand qadın müğənnilərindən olan əməkdar artist Elza Seydcahanın hamilə olmasını onu yaxından tanıyanların əksəriyyəti hələ bir ay bundan əvvəl, xanəndə Gülay Qədirovanın qız toyunda müəyyənləşdirmişdilər. SİA-nın məlumatına görə, qırmızı rəngdə olan hamilə qadın paltarı geyən bəstəkar-müğənni o, vaxt "Elza, hamiləsən?" sualına, zarafata salıb "yox" desə də, deyəsən bu sirri daha gizlətməməkdə qərarlıdır. ATV telekanalında yayımlanan "Onun yarısı" evlilik-şousunu ilk qalibləri üçün düzənlənən toy məclisinə qara rəngli hamilə paltarı ilə təşrif buyuran Elza, təşkilatçılardan xahiş edib ki, onu çox gözlətməsinlər. Əldə etdiyimiz məlumata görə "mən bu vəziyyətimdə toya gəlmişəm, məni başa düşün", - sözlərini işlədən əməkdar artist təbrik mahnısını oxuyub və məkanı tərk edib. Seyidcahanın bizə məlum olan mobil telefonu ilə günboyu əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən tapılmadı. Görəsən, iki övlad (oğul və qız) sahibi olan müğənni, yaxınlarda oğlu Ələkbərə toy çaldıraraq qaynana olmuş Elza, nə səbəbdən növbəti dəfə dünyaya uşaq gətirmək fikrindədir? Maraqlısı orasındadır ki, o, nə üçün bu sevincli xəbəri gizli saxlamağı daha üstün tutur?

Əgər Elza Seyidcahan hamilə olması haqda xəbərlərə aydınlıq gətirmək istəsə, onu da eşitməyə hazırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə