Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkir. SİA-nın məlumatına görə, əməliyyat olunan aktrisada bu günlərdə yenidən bədxassəli şiş aşkarlanıb. Xəstəxanaya yerləşdirilən “Toppuş bacı” artıq evə buraxılıb.
T.Əliyeva çəkilişlərə başlayıb. O, “Qız atası” serialının beşinci mövsümündə də yer alacaq. Aktrisanın çəkiliş məkanından görüntüsünü həmkarları sosial şəbəkədə paylaşıblar. Əliyevanın xeyli arıqlaması diqqətdən qaçmayıb.
Qeyd edək ki, Tünzalənin uşaqlıq yolunda şiş aşkarlanmışdır. Bəd xassəli şiş kəsildikdən sonra yenidən aşkarlanıb. Belə ki, müalicə olunan aktrisa, kimyaterapiya almağa başladığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB