İlqarə Kazımova hər kəsi təəccübləndirdi FOTOLAR

İlqarə Kazımova hər kəsi təəccübləndirdi FOTOLAR

Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə obyektiv qarşısına keçib. SİA-nın məlumatına görə, ifaçı yeni şəkillərini sosial şəbəkə izləyiciləri ilə bölüşüb. Son günlər xeyli çəki atan İlqarənin "İnstagram" da aktivliyi də diqqətdən qaçmayıb. Belə ki, əvvəllər kök olan sənətçi az-az şəkil çəkdirir, sosial şəbəkədə nadir hallarda paylaşım edirdi. Hazırda xeyli çəki atıb, arıq olan Kazımova hər gün yeni fotolarını izləyiciləri ilə bölüşür. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti İlqarəyə necə arıqlaması ilə bağlı suallar ünvanlayıb. Qeyd edək ki, müğənni bir müddət əvvəl plastik əməliyyatla piylərini çəkdirmişdi. Sonra isə o, ciddi pəhriz saxlamağa başladığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə